Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. Musavat.com-un cəbhə bölgəsindəki mənbələri xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.
Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.
Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.
***
Əməkdaşlarımız bu dəqiqələrdə cəbhə xətti ilə yenidən əlaqə saxlayıblar. Son məlumata görə, artilleriya döyüşləri davam edir. teref.az-nun əldə etdiyi məlumata görə ordumuz ermənilərin atəş nöqtələrini raket zərbələri ilə susdurmuşlar!