Azərbaycanda ərinin işgəncələrinə dözməyən qadın evdən qaçdı

9-05-2015, 12:58           

Aprelin 29-dan itkin düşən qadın tapılıb. Evli olan qadınla bir neçə gün əlaqə qurmaq mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən axtarılan Gülşən Qasımova (ad,soyad şərtidir) artıq tapılıb. O polisə ifadəsində bildirib ki, evdən getməsinə əri səbəb olub.

G.Qasımova həyat yoldaşı, Saatlı rayon sakini 1978-ci il təvəlllüdlü Elnur Quliyev (ad, soyad şərtidir) tərəfindən mütəmadi olaraq döyüldüyünü, zorla qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edildiyini deyib. Belə fiziki və seksual işgəncələrə dözməyən qadın evdən qaçıb.//qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru