Rusiyalı nənə uşaqlara baxmaqdan bezdiyi üçün üç nəvəsini və əlil qızını öldürdü

6-08-2022, 09:54           
Rusiyalı nənə uşaqlara baxmaqdan bezdiyi üçün üç nəvəsini və əlil qızını öldürdü
Saratov vilayətində dəhşətli hadisə baş verib.

Eyni gündə ana və üç uşağı ölüb. İstintaq onların ən yaxın adamları tərəfindən öldürüldüyünü bildirib.

Təqaüdçü nənə cinayəti əvvəlcədən planlaşdırıb. Belə ki, o, zəhər alaraq onu ailənin sevimli yeməyinə - südlü şorbaya qatıb.

Nəticədə onun bütün ailə üzvləri - 23 yaşlı qızı, həmçinin üç, beş və yeddi yaşlı nəvələri dünyasını dəyişib.

Nənənin sözlərinə görə, o, əlil qızına və onun uşaqlarına qulluq etməkdən bezib.

Mənbə: starhit.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru