Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri

18-08-2022, 19:28           
Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi -
Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələyib.

Bu barədə "Sirena" nəşri məlumat yayıb.

Rus zabiti Rostov-na-Donuda müharibəyə qarşı olduğunu deyən taksi sürücüsünü güllələyib. Buna Ukraynadakı müharibə ilə bağlı mübahisə səbəb olub.

Nəşrin hüquq-mühafizə orqanlarından olan həmsöhbəti bildirib ki, 51 yaşlı taksi sürücüsünün ölümündə Moskva vilayətindən olan Rusiya ordusunun 33 yaşlı kapitanı şübhəli bilinir. Beregovaya küçəsində taksi sürücüsünün güllə yaraları olan meyiti tapılıb.

İlkin versiyaya görə, kapitan onu Bereqovaya gətirən taksi sürücüsünə "Ukraynadakı müharibə ilə bağlı siyasi mövqeyini" diqtə etməyə başlayıb, lakin onların fikirləri üst-üstə düşməyib.
azsiyaset

Hərbçi saxlanılaraq həbs edilib. Hadisənin başvermə şəraiti araşdırılır. Nəşrin həmsöhbəti bildirib ki, hərbçi ifadələrində çaşıb.

Qeyd olunur ki, mərhum Azərbaycan əsillidir. O, uzun illər əvvəl Rostov vilayətinə köçüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru