Naxçıvanda 23 yaşlı MAXE öz silahından atəş açaraq, intihar edib

25-10-2022, 08:06           
Naxçıvanda 23 yaşlı MAXE öz silahından atəş açaraq, intihar edib
Naxçıvanda 23 yaşlı MAXE Kazımov Mayıl Ramiq oğlu öz silahından atəş açaraq, intihar edib. Hadisə bu gün səhər saatlarında Şahbuz royun Türkeş kəndindəki N saylı hərbi hissədə baş verib. TEREF.AZ yazır ki,bu haqda "Gündəlik Naxçıvan"a Kazımov Mayılın qohumları məlumat verib. İntihar edən 23 yaşlı əsgər, Kəngərli rayonunun Qarabağlar kəndindəndir. Qohumları bildirir ki, hadisənin təfərrüatları ilə bağlı onlar da xəbərsizdir:
" İntiharın səbəbi ilə bağlı biz də məlumatsızlıq. Kiçik məişət problemləri olub. Ancaq, buna görə onun intihar edəcəyinə inanmırıq. Ədalətli istintaq tələb edirik".
Artıq hadisə rəsmən də təsdiqlənib. Azərbaycan Hərbi Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, hadisə ilə bağlı Naxçıvan Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru