Bakıda qadın qatarın altında qalaraq öldü 25-10-2022, 09:54 Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, FHN-in qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib Facebook-da paylaş