Sarkisyandan Rusiyaya böyük hörmətsizlik – FOTO

21-05-2016, 01:39           
Sarkisyandan Rusiyaya böyük hörmətsizlik – FOTO
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfər edib. Səfər zamanı baş nazir prezident Serj Sarkisyanla görüşüb.
Erməni prezidentin iqamətgahında baş tutan görüşdə Dmitri Medvedyev və onun timsalında Rusiyaya qarşı böyük hörmətsizlik nümayiş olunub.
AzVision.az-ın məlumatına görə, Ermənistan rəsmiləri protokol qaydalarını rədd edərək rəsmi görüş zamanı masanın kənarına Rusiyanın bayrağını qoymayıblar.
Sarkisyan və Medvedyevin danışıqlar apardığı otaqda yalnız Ermənistan bayrağı yerləşdirilib. Siyasi müstəvidə bu addım hörmətsizlik və tərbiyyəsizlik kimi qiymətləndirilir.
Təcrübə göstərir ki, rəsmi görüşlər zamanı bayraqların qoyulmaması ölkələr arasında diplomatik qalmaqala gətirib çıxarır.
Hələlik Rusiya tərəfi Sarkisyanın bu hörmətsizliyinə reaksiya verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru