Bakıda ata qızının boğazını kəsdi

21-05-2016, 02:32           
Bakıda ata qızının boğazını kəsdi
Bakıda qızını boğazından bıçaqlayan ataya cinayət işi açılıb. teref.az-nun musavat.com-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı 1992-ci il təvəllüdlü Vüsalə Fətdahovanın boğazından iki bıçaq zərbəsi vurub. V.Fətdahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Qızını bıçaqlayan ata Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru