2 milyard dollarlıq cekpot uduldu 9-11-2022, 09:09 Amerikanın məşhur lotereyası Powerball cekpotunun 2 milyard dollarlıq uduşu Los Angelesdə qazanılıb.“Qafqazinfo” xəbər verir ki, uduşlu bilet Kaliforniyanın Altadena şəhərindəki “Joe's Service Center”də satılıb .Çekpotun 1,9 milyard dollar olacağı gözlənilsə də, tiraj zamanı məbləğ 2 milyard dolları keçib.Powerball rəsmiləri bildiriblər ki, qalib birdəfəlik nağd ödənişi seçərsə, uduşun dəyəri xeyli azalacaq.Qeyd edək ki, cekpot avqustun 6-da 20 milyon dollardan başlayıb.Powerball hazırda 45 ştatda, eləcə də Vaşinqton, ABŞ Virgin Adaları və Puerto Rikoda oynanılır. Facebook-da paylaş