Avtomobilinə od vurub yandırdı

10-11-2022, 09:25           
Avtomobilinə od vurub yandırdı
Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.
Teref.az APA-ya istinadla bildirir ki, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib. 1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus “VAZ-2106” markalı, 27 BN 761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
Şərhlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru