Kəmaləddin Heydərovdan yeni təyinat - ƏMR Kəmaləddin Heydərovdan yeni təyinat - ƏMR

10-11-2022, 10:37           
Kəmaləddin Heydərovdan yeni təyinat - ƏMR
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Kazımov Kazım Tahir oğlu Akademiya rəisinin müavini təyin olunub.

O, bu təyinatdan əvvəl akademiyanın "Yanğın, xüsusi hazırlıq və ixtisas fənnləri” kafedrasının rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru olan Kazım Kazımov 22.08.1982-ci ildə Bakı şəhərində anadan olub.
2008-ci ildə Ukrayna Mülki Müdafiə Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

Xatırladaq ki, ötən ay Akademiyanın rəis müavini, polkovnik Babaşov İlham Balasəlim oğlu vəzifəsindən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru