Ukrayna Xerson vilayətinin bəzi ərazilərini azad edib. Bu barədə UNIAN-ın “Telegram” kanalında məlumat verilib. Bununla bağlı paylaşılan videolarda Ukrayna Silahlı Qüvvələrinin Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərinə bayraq sancdığı görünür. Qeyd edilir ki, məlumatın Ukrayna Baş Qərargahı tərəfindən təsdiq olunması gözlənilir.