Goranboydakı qəzada 2 hərbçimiz yaralandı 11-11-2022, 20:38 Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb. Facebook-da paylaş