Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

12-11-2022, 09:12           
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb
Xokkey üzrə Dünya Kuboku 2024-cü ilin fevralında baş tutmayacaq, turnir 2025-ci ildə baş tuta bilər.

TASS xəbər verir ki, bu barədə Milli Xokkey Liqasının mətbuat xidməti məlumat yayıb.

"Son bir il ərzində Milli Xokkey Liqası və Oyunçuların Həmkarlay Birliyi 2024-cü ilin fevral ayında ən yaxşı komandalar arasında ilk beynəlxalq xokkey turniri olan növbəti Dünya Kubokuna ev sahibliyi etmək planları üzərində işləyirdi. Təəssüf ki, hazırkı şəraitdə, xokkey üzrə Dünya Kubokunu keçirmək mümkün deyil. Biz 2025-ci ilin fevralını səbirsizliklə gözləyərək növbəti dünya çempionatını planlaşdırmağa davam edirik”, - məlumatda bildirilir.

Bundan əvvəl də bildirilib ki, 2024-cü ildə keçirilməli olan xokkey üzrə Dünya Kuboku təxirə salına bilər. Buna səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir. Onlar Ukraynadakı müharibəyə görə rusiyalı xokkeyçilərin yarışda iştirakına qarşı çıxıblar.

Daha əvvəl isə Beynəlxalq Xokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya seçməsinin iştirakına qadağa qoyub.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru