DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ: Polis məmuru və oğlu ÖLDÜ - FOTOLAR, VİDEO

27-11-2022, 00:10           
DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ:
Türkiyədə dəhşətli yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, qəza zamanı ata və avtomobilin sürücüsü olan oğlu dünyasını dəyişib.

Əskişəhərin Seyitqazi rayonunda meydana gələn yol qəzasında ölən ata polis məmuru olub.

Yol kəsişməsində baş verən qəza nəticəsində avtomobilin ön oturacağında olan polis əməkdaşı Ercan Sarı hadisə yerində dünyasını dəyişib. Onun avtomobilin sürücüsü olan 19 yaşlı oğlu Yakup Efe Sarı, arxa oturacaqda sərnişin olan həyat yoldaşı Zeynep Sarı və qızı Elif Zeycan Sarı yaralanıb. Hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları tərəfindən ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Sarı ailəsinin üzvlərinə tibbi yardım göstərilib.

Xəstəxanada müalicə olunan Yakup Efe Sarı bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru