“Microsoft” mobil super tətbiq hazırlayır

7-12-2022, 12:34           
“Microsoft” mobil super tətbiq hazırlayır
ABŞ-nin IT korporasiyası “Microsoft” onlayn reklam bazarında “Google”un inhisarına son qoyacaq mobil super proqram yaratmağı düşünür.

Güman edilir ki, şirkətin yeni tətbiqi ödəniş xidməti, messencer, axtarış sistemi, xəbər lenti, mobil oyunlar və s. funksiyaları birləşdirəcək.

Beləliklə, “Microsoft” öz məhsulları üçün (“Bing” axtarış xidməti və “Teams” messencer) onlayn reklam bazarında “Google”un payını geri almaq istəyir.

Bildirilir ki, “Microsoft” üçün ideya mənbəyi kimi “Yandex Go” və “WeChat” çıxış edib.

Şirkət proqramının hazırlanmasının hansı mərhələdə olduğu və onun nə vaxt buraxılacağı barədə məlumat vermir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru