Rusiyada Rövşən Lənkaranskinin bazarı yandırıldı – FOTO

25-05-2016, 14:37           

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı tərəvəz bazasında yanğın baş verib.
Azvision.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, yanğının qarşısını bir neçə saata almaq mümkün olub. Yanğın 300 kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumat üçün bildirək ki, bir müddət öncə şəhərdə hüquq mühafizə orqanları əməkdaşlarının restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Restoranda şəhərdəki iri ticarət obyektlərinə “baxan” seçilməliydi və bununla bağlı “qanuni oğru” Rövşən Lənkaranski Merab Suxumskini Yekaterinburqa göndərmişdi. Amma polislər bu təyinata mane olmuşdu. Həmin obyektlərin işində ən önəmlisi məhz 4 nömrəli tərəvəz bazası idi.
Məlumata görə, azərbaycanlı Zaur Həsənov, Əhliman Əliyev və Bəhrəm adlı şəxslər həmin meyvə-tərəvəz bazasına nəzarət ediblər. Bu şəxslərin Rövşən Lənkaranskiyə yaxın olduğu heç kimə sirr deyil. Məlumata görə, bazara nəzarət Lənkəranski tərəfindən həyata keçirilirmiş.
Adıçəkilən tərəvəz bazası Sverdlovski vilayətində yerləşən regionlararası iri ticarət loqistik mərkəzdir. Yekaterinburqun meyvə-tərəvəz tələbatının böyük qismi məhz buradan ödənilir. İlkin ehtimala görə, bu yanğın bazara nəzarət üstündə klanlar arasında baş verən qarşıdurmanın nəticəsidir.
Digər ehtimala əsasən bazar azərbaycanlı biznesmen Azər Piriyevin əmri ilə yandırılıb. İddiaya əsasən o, anbarları və anbarlarda işləməyə görə xərac ödəmək istəməyən taciklərin qanunsuz mehmanxanalarını yandırmaq barədə öz adamlarına göstəriş verib.
Hadisə şahidlərinin sözlərinə görə, güc strukturları bazaya gələrkən Azər şəxsi kafesində olub və qaçmağı bacarıb. Onun hazırda harada olduğu bilinmir.
Rusiyada Rövşən Lənkaranskinin bazarı yandırıldı – FOTO













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.