"Vaqner" transmilli cinayətkar təşkilat kimi TANINDI

27-01-2023, 00:03           
"Vaqner" transmilli cinayətkar təşkilat kimi TANINDI
ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi şirkətini transmilli cinayətkar təşkilat kimi tanıyıb.

Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.

O bildirib ki, rəsmi Vaşinqton şirkət və onun təsisçisi Yevgeni Priqojinlə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib.

"Vaqner" qrupuna, eləcə də onların tərəfdaşlarına və Rusiya hərbi kompleksini dəstəkləyən digər şirkətlərə qarşı yeni sanksiyalar Putinə onun hərbi maşınını silahlandırmağa və təchiz etməyə mane olacaq" , - Yellen deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru