Moskva yaxınlığında bazarda yanğın baş verib - VİDEO

28-01-2023, 10:04           
Moskva yaxınlığında bazarda yanğın baş verib - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında anbarda yanğın baş verib.

Yanğın “Sindika” bazarının ərazisində 2100 kvadratmetr sahəni əhatə edib.
Bu barədə Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib.

“Moskva Dairəvi yolunun 65-ci km-də “Sindika” bazarının ərazisində anbarda yanğın başlayıb. Hazırda o, bütün ərazini - 2100 kvadratmetr sahəni bürüyüb”, - deyə bildirilib.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Yanan anbarın içərisində tikinti materiallarının olduğu bildirilir.

Həmçinin fövqəladə hallar xidmətindən verilən məlumata görə, yanğının qəsdən törədilə biləcəyi də istisna olunmur.

Mənbə: TASS, SHOT “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru