Los-Ancelesdə atışmada azı 3 nəfər ölüb

29-01-2023, 00:12           
Los-Ancelesdə atışmada azı 3 nəfər ölüb
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində atışma nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın yanvarın 28-nə keçən gecə Beverli Krest rayonunda baş verdiyini bildiriblər.

Hadisənin baş vermə şəraiti hələ müəyyən edilməyib. Agentliyin məlumatına görə, avtomobildə olan 3 nəfər həlak olub, 4 yaralı xəstəxanaya çatdırılıb və onların durumu ağırdır.

Qeyd edək ki, son günlər Kaliforniyada 21 nəfərin ölümü ilə nəticələnən bir neçə atışma hadisəsi baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru