50 milyonborcla daha bir iri oliqarx həbs edildi

15-05-2015, 22:35           
50 milyonborcla daha bir iri oliqarx həbs edildi
Bu gün Nərimanov Rayon Məhkəməsi kredit dələduzluğu işi üzrə daha bir oliqarxın barəsində həbs qətimkan tədbiri seçib.

Məhkəmənin qərarı ilə “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov həbs edilib. Məlumatı virtualaz.org saytına Nərimanov Rayon Məhkəməsindəki mənbələr verib.

“İnter Glass” şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın şəxsdir.

“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru