İraqlı diplomat Rusiyada qarət edildi

18-03-2023, 12:25           
İraqlı diplomat Rusiyada qarət edildi
Moskvanın Vnukovo hava limanında oğrular İraqın Rusiyadakı səfirliyinin üçüncü katibi işləyən 51 yaşlı qadının nağd pulunu, bank kartlarını və rəsmi vəsiqəsini oğurlayıblar.

Diplomat bir ilə yaxındır ki Moskvada işləyir və qohumlarını ziyarətə dəvət etmək qərarına gəlib.

Onlar Rusiyaya gələndə qadın yaxınları ilə birlikdə sim kartlar almaq üçün rabitə salonuna gedib. İlkin məlumatlara görə, diplomat məhz burada cinayətkarların diqqətini çəkib.
Bundan sonra ailə kafeyə yollanıb. Oraya gedərkən oğrular qadının 76 min rubldan çox pulu, kart və sənədləri olan pul kisəsini çantasından çıxarıblar.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru