Bakıda qadından İNANILMAZ ADDIM: 4 nəfərlə əlbir olub ərinin qətlini təşkil etdi

19-03-2023, 16:00           
Bakıda qadından İNANILMAZ ADDIM:
Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub.

Bu barədə "Report"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.