Ana üç uşağını 9-cu mərtəbədən ATDI - VİDEO 4-04-2023, 12:19 Özbəkistanın paytaxtı Daşkənddə 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb.Teref.az xəbər verir ki, hadisə aprelin 3-ü axşam saatlarında baş verib.Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir yerə atıb.Hadisə nəticəsində ana, 4 və 5 yaşlı iki oğlu, eləcə də bir yaşlı qızı dünyasını dəyişib.Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır.Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb (konkret.az). Facebook-da paylaş