Çin gəmiləri filippinli balıqçıları təqib edərkən toqquşdular - ANBAAN GÖRÜNTÜ

Bu gün, 16:18           
Çin gəmiləri filippinli balıqçıları təqib edərkən toqquşdular - ANBAAN GÖRÜNTÜ
Sosial şəbəkələrdə Çin və Filippin gəmiləri arasında baş verən gərgin insidentin videosunu yayılıb. Kadrlarda filippinliləri təqib edən çinlilərin digər Çin gəmisinə çırpılması əks olunub. Hadisə avqustun 11-də qeydə alınıb.

Oxu.Az-ın verdiyi məlumata görə, kadrları Filippin Sahil Mühafizəsi paylaşıb.

Məlumata görə, Filippin Sahil Mühafizəsi bölgədə balıqçılara humanitar yardım çatdıran gəmiləri müşayiət edib. Bu zaman Çin Sahil Mühafizəsinə məxsus "CCG 3104" gəmisi yüksək sürətlə Filippinin "BRP Suluan" gəmisini təqib edib və sağ bortdan riskli manevr etməyə cəhd göstərib. Ancaq bu, uğursuzluqla nəticələnib və gəmi öz ölkəsinə məxsus hərbi gəmi ilə toqquşub.

Filippin Sahil Mühafizəsinin sözçüsü bildirib ki, insident Çin tərəfinin aqressiv manevrindən qaynaqlanıb. Çin Sahil Mühafizəsi isə gəmilərin toqquşduğunu etiraf etsə də, hadisə ilə bağlı əlavə məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru