Həkim sağla solu səhv saldı - Rayon xəstəxanasında xaya əməliyyatı

4-04-2023, 11:07           
Həkim sağla solu səhv saldı -
Buryatiya Respublikasında uşaq sol xayanın damcısı diaqnozu ilə əlaqədar planlı əməliyyat keçirmək üçün Nijneanqarsk Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "Baikal Daily" yazır.

Amma uşaq reanimasiyadan gətirildikdən sonra məlum olub ki, əməliyyat orqanın sağlam hissəsində aparılıb. Uşağın anası bildirib ki, onlar 2 dəfə cərrahla məsləhətləşiblər. Nəticədə həkimlər cərrahi müdaxiləyə qərar veriblər.

Əməliyyatdan sonra cərrah vəziyyətin necə olduğu ilə bağlı sual verən uşağın qohumlarına cavab verib ki, o, şişkinlik görməyib.

"Eybi yoxdur, yayda şiş tərəfini əməliyyat edərik".

Valideyni bundan olduqca qəzəblənib: "Belə çıxır ki, o əməliyyat etdiyini göstərmək üçün sadəcə narkoz verib və kəsib?"

Buryatiyanın Səhiyyə Nazirliyi hadisə ilə bağlı məlumatı təsdiqləyib. Cərrah xüsusi komissiya tərəfindən yoxlanılır. Bildirilir ki, həkim sertfikatdan məhrum ediləcək və işdən çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru