İsmayıllıda yük maşını "VAZ 2107"nin üzərinə aşıb - Xəsarət alanlar var - FOTO 3-06-2023, 20:43 İsmayıllıda "Mersedes" markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb. Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Muğanlı Şamaxı avtomobil yolunun Muğanlı ərazisinin 6-km-liyində qeydə alınıb."Mercedes" markalı yük maşını idarəetməni itirərək yolun kənarında dayanan "VAZ 2107" markalı avtomobillə dəyərək minik avtomobilinin üzərinə aşıb.Yük maşınının sürücüsü və yanında olan sərnişin yüngül bədən xəsarətləri alıb. Qeyd edək ki, yük avtomobili “Azeravtoyol”a məxsusdur. Fakt araşdırılır. Facebook-da paylaş