Hava limanında bomba həyəcanı - İnsanlar evakuasiya edildi

16-09-2023, 11:34           
Hava limanında bomba həyəcanı - İnsanlar evakuasiya edildi
Polşanın paytaxtı Varşavada yerləşən "Warsaw Modlin" hava limanında həyəcanlı anlar yaşanıb.

Bu barədə hava limanında olan həmvətənlərimiz məlumat verib.

Bildirilir ki, hava limanında bomba yerləşdirilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında hüquq mühafizə orqanları hava limanından insanları evakuasiya edib.

Sonradan bomba həyəcanı ilə bağlı xəbərdarlıq ləğv edilib və məlumatın yanlış olduğu açıqlanıb.

Hava limanının normal fəaliyyəti bərpa edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru