"Ukrayna Melitopol istiqamətində rus qoşunlarını geri çəkilməyə məcbur edir" - Müdafiə Nazirliyi

16-09-2023, 21:48           
"Ukrayna Melitopol istiqamətində rus qoşunlarını geri çəkilməyə məcbur edir" - Müdafiə Nazirliyi
Melitopol regionunda Ukrayna hərbi qüvvələri rus qoşunlarını mövqelərindən geri çəkilməyə məcbur edir.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi canlı qüvvə və texnika baxımından xeyli itki verib.

Ukraynanın müdafiə nazirinin müavini bildirib ki, Melitopol istiqamətində hücum əməliyyatı davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru