Dağıstanlı 2 saata 11 kilo çəki ataraq, dünya rekordu qırdı - VİDEO

19-09-2023, 13:44           
Dağıstanlı 2 saata 11 kilo çəki ataraq, dünya rekordu qırdı - VİDEO
Dağıstanlı kişi iki saata 11 kiloqram arıqlayıb və dünya rekordu qırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Dağıstan” Respublika Dövlət Yayım Şirkəti məlumat yayıb.

Akuşinski rayonunun Muqi kənd sakini, 69 yaşlı Baqama Ayqubov 21 kilometr məsafəyə qaçış zamanı iki saat yarıma 10 kiloqramdan çox arıqlayıb. Belə rekord çəki itkisi dünyada ilk dəfə qeydə alınıb.

Kişi gənc yaşlarında güləşlə məşğul olanda bir neçə saat ərzində arıqlamaq təcrübəsi qazandığını etiraf edib. Yeri gəlmişkən, 3,5 il əvvəl o, beş saat ərzində 9,3 kiloqram arıqlamağı bacarıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.