Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində yanğın olub VİDEO

22-10-2023, 14:00           
Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində yanğın olub VİDEO
Ötən gecə Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində yanğın olub. Yanğının qəsdlə törədildiyi ehtimal edilir. Hadisə nəticəsində ərazisi 4.800 kvadratmetr olan bazarın təxminən 20 faizi yanıb. Bura xüsusilə bazarın rəflər olan ərazisi aiddir. 60 ədəd rəflə yanaşı 1 ofiz və 2 mağaza da yanaraq, sıradan çıxıb. Yanğının səbələri ilə bağlı rəsmi məlumat verilmir.
Bazarda çalışan ticarətçilərin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə isə, yanğının qəsdlə törədilmə ehtimalı böyükdür. Onlar deyir ki, yanan bazarın qarşısında bir neçə ay öncə yeni ticarət mərkəzi tikilib. Bu mərkəzdə icarə haqları baha olduğundan, ticarətçilər ora yaxın durmurmuş. Ticarətçilər bildirir ki, maraqlı şəxslər bazarı yandırmaqla, onları həmin mərkəzə köçməyə məcbur etmək istəyirlər.
Bu mövzunu araşdırdıqdan sonra izləyicilərimizə ətraflı məlumat verməyə çalışacağıq.
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru