İsrail ordusu Qəzzada HƏMAS-ın daha üç komandirini zərərsizləşdirdi

27-10-2023, 08:27           
İsrail ordusu Qəzzada HƏMAS-ın daha üç komandirini zərərsizləşdirdi
İsrail hərbçiləri Qəzza zolağına hava zərbəsi endirib, HƏMAS təşkilatının üç komandirini zərərsizləşdirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bu komandirlər Qəzzada HƏMAS briqadasının tərkibində olan Daraj Tuffa batalyonunda fəaliyyət göstəriblər. İsrail hərbçilərinin fikrincə, bu batalyon HƏMAS-ın strukturunda ən mühüm briqada hesab olunur.

Ordudan bildirilib ki, zərərsizləşdirilən komandirlər oktyabrın 7-də İsrailə qarşı hücumlarda iştirak ediblər.

Xatırladaq ki, oktyabrın 7-də səhər tezdən İsrail ərazisinə Qəzza zolağından raket atəşi başlayıb. İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb. \\Report.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru