Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

5-11-2023, 12:46           
Rusiyanın ən müasir gəmilərindən biri batırıldı
Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat verib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb.

Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru