Hamburqda hava limanına avtomobillə soxulan şəxs TUTULDU

6-11-2023, 07:44           
Hamburqda hava limanına avtomobillə soxulan şəxs TUTULDU
Hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburq hava limanında dövlət nömrə nişanı olmayan avtomobillə uçuş-enmə zolağına çıxan və dörd yaşlı qızını içəridə saxlayan şəxsi müqavimətsiz saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hamburq polisinin mətbuat xidməti məlumat yayıb.

“Girovla bağlı insident aradan qaldırılıb. Şübhəli şəxs qızı ilə birlikdə maşından düşüb. Kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müqavimət göstərilmədən saxlanılıb”, – məlumatda vurğulanıb.

Uşağın xəsarət almadığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru