DƏHŞƏT! Aparıcını canlı yayımda öldürdülər

6-11-2023, 15:21           
DƏHŞƏT! Aparıcını canlı yayımda öldürdülər
Filippində radio şousunun aparıcısı Xuan Cumalon evində canlı yayımda olarkən silahlı hücum nəticəsində həyatını itirib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aparıcının Calamba bölgəsindəki evində baş verib.

Bildirilir ki, qatil aparıcını öldürdükdən sonra onun qızıl boyunbağını götürərək qaçıb.

Filippin prezidenti Ferdinand Markos jurnalistin ölümü ilə bağlı yazılı açıqlama yayıb: "Demokratiyamızda jurnalistlərə qarşı hücumlara yol verilməyəcək. Mmətbuat azadlığını təhdid edənlər əməllərinin bütün nəticələri ilə üzləşəcəklər".

Filippinin Milli Jurnalistlər Birliyi Cumalon ilə birlikdə 1986-cı ildən bu yana ölkədə 199 jurnalistin öldürüldüyünü açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru