HƏMAS-ın komandirləri öldürüldü6 Noyabr 2023 17:55
6-11-2023, 18:20
İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı öldürüblər.
Publika.az xəbər verir ki, bu barədə birliyin mətbuat xidməti məlumat yayıb.
“Döyüşçülərimiz HƏMAS terror təşkilatının xüsusi əməliyyatlarına rəhbərlik edən Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu öldürüb. Bundan əlavə, İDF əsgərləri quru döyüşlərində HƏMAS-ın daha bir neçə batalyon komandirini məhv ediblər”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin quru qoşunları Qəzza zolağında HƏMAS hərbi düşərgəsinə nəzarəti ələ keçirib. Məlumatda bildirilir ki, kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim yerləri, terrorçuların yeraltı tunelləri var.