Özünü baqaj lentinə atan rusiyalı kişi qorxulu anlar yaşatdı - VİDEO

7-11-2023, 09:40           
Özünü baqaj lentinə atan rusiyalı kişi qorxulu anlar yaşatdı - VİDEO
Rusiyada aeroportda işçilərə qorxulu anlar yaşadan qəribə hadisə baş verib. Belə ki, sərnişinlərdən biri qəfildən işçilərin yanından keçərək özünü baqaj lentinə atıb.

Məlumata görə, hadisə Samara şəhərinin Kurumoç hava limanında baş verib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda hər şey sərnişinlərdən birinin çamadanı yoxlanıldıqdan və artıq təyyarəyə doğru göndərildikdən sonra başladığı görünür. Kişi qəfildən qeydiyyat masalalarının yanından qaçaraq baqaj lentinə tullanır, ancaq yıxılır. Buna baxmayaraq o, cəld yerindən qalxaraq işçilərin həyəcan dolu baxışları altında bir daha lentin üstünə atılır.
Videoda bundan sonra kişinin çamadanından kağızlar götürdüyü görünür.

Məlumata görə, kişi çantasında vacib sənədləri unudubmuş.

Mənbə: “Baza” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru