Yol polisi drondan istifadəyə başladı - Bu ərazilərdə qayda pozanlar AŞKARLANIR - FOTO
7-11-2023, 16:48
iq sahələrinin rəngarəngliyi barədə uzun danışmağa ehtiyac yoxdur. Bu gün videoçəkilişdən tutmuş kənd təsərrüfatına qədər dronlar mülki sahədə xidmət aparır. Elə isə nə üçün yol polisi istifadə etməsin?
Artıq 3 Avropa ölkəsində yol polisi dronlardan qayda pozanları aşkar etmək üçün istifadə edir. Bu texnikadan ən çox kamera quraşdırmaq mümkün olmayan, həmçinin vizual müşahidənin səmərəsiz olduğu yerlərdə aparılır. Dronlar şəhərdə çox da səmərə verməsə də, magistrallarda özünü doğruldur.
Onların vasitəsi ilə əsasən qadağan olunmuş yerdə ötmə edən, qoşa və davamlı xəttin tələblərini pozan, ara məsafəsi gözləməyən sürücüləri daha asan aşkar etmək mümkün olur. Bəzi dronlar sürəti də ölçə bilir.
Ən əsası, stasionar radardan fərqli olaraq dronun yerini əzbər yadda saxlamaq mümkün deyil. Avtosfer.az