Xətaidə “AA” seriyalı avtomobil əks yola çıxıb sürücünün yolunu kəsdi - VİDEO
7-11-2023, 16:50
Xətai rayonunun Sabit Orucov küçəsində kobud qayda pozan sürücü ifşa edilib. Hadisə dünən (6 noyabr) axşam saatlarında qeydə alınıb. Belə ki, 10-AA-066 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobilin sürücüsü əks yolla hərəkət edib. Bu zaman o, avtomobilin önünə çıxıb və yolunu kəsib. Vəziyyəti çətinləşdirərək sürücüyə təhlükə yaradan şəxs daha sonra maşını geri verib və digər zolağa keçərək əks yolla getməyə davam edib. Avtosfer.az