Qusarda 21 yaşlı qadın cərrahiyyə əməliyyatından sonra ölüb - VİDEO

8-11-2023, 12:08           
Qusarda 21 yaşlı qadın cərrahiyyə əməliyyatından sonra ölüb - VİDEO
Qusarda 21 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz rayon Çiləgir kənd sakini, 21 yaşlı Aysel Babayeva qadın xəstəliyi ilə bağlı rayon xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Həkimlər yumurtalıq hissəsində şiş olması barəsində ona məlumat verməyiblər.

Oktyabrın 23-ü yenidən özünü narahat hiss edən gənc qadın yaxınlarının köməyilə Qusar Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Yaxınlarının sözlərinə görə, anidən halı pisləşən qadın müayinə üçün xəstaxanaya aparılıb. Müayinə olunduqdan sonra əməliyyata alınıb.

Mərhumun qayınanası İlhamə Babayeva deyib ki, gəlini həkim-ginekoloq Yelena Tağıyeva tərəfindən əməliyyat olunub. Əməliyyatdan iki gün sonra isə verilən narkozun təsirindən ayılmayaraq dünyasını dəyişib.
Qusar Mərkəzi Xəsətxanasının həkim-ginekoloqu Yelena Tağıyeva da məsələyə münasibət bildirib.

Həkimin sözlərinə görə, Aysel Babayeva xroniki qaraciyər çatışmazlığından əziyyət çəkib. Bunu ekspertiza da göstərib, amma tam yekun qərar ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru