Redinqdə dəhşətli yanğından möhtəşəm xilas anı:

26-11-2023, 15:35           
Redinqdə dəhşətli yanğından möhtəşəm xilas anı:
Sosial şəbəkələrdə yanğın tələsindən möcüzəvi şəkildə xilasetmə anı ilə bağlı görüntülər yayılıb.

Kadrlar Böyük Britaniyanın Redinq şəhərindəndir.

Videoda alovlardan canını qurtarmaq üçün binanın damına çıxan gənc qeydə alınıb. Yanğınsöndürənlərin çarəsiz qaldıqları anda kran sürücüsü yardıma gəlib. Belə ki, kranla dama qəfəs çıxarılıb və gənc onun vasitəsilə təxliyə edilib.

Qeyd edək ki, yanğında ümumilikdə iki nəfəri xilas etmək lazım gəlib. Zərərçəkən yoxdur.
Yanğının səbəbləri araşdırılır.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru