Pakistanda ticarət mərkəzində yanğın olub, 10 nəfər ölüb

26-11-2023, 15:48           
Pakistanda ticarət mərkəzində yanğın olub, 10 nəfər ölüb
Pakistanda Kəraçi şəhərində ticarət mərkəzində yanğın olub, 10 nəfər ölüb.

Bu barədə Kəraçi şəhərinin meri Murtaz Vahab məlumat verib.

Mer yanğın nəticəsində 22 nəfərin xəsarət aldığını bildirib. Onlardan 6-nın durumu ağırdır.

Qeyd edilib ki, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində başlayıb və qısa müddətdə çoxmərtəbəli ticarət mərkəzinin yuxarı mərtəbələrinə qədər yayılıb. Yanğın artıq söndürülüb.

İlkin məlumatına görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Ticarət mərkəzində yanğınsöndürmə sistemi olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru