Hindistanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşüb
1-12-2023, 17:34
Hindistan sakini Smita Şrivastava dünyanın ən uzun saçına görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Məlumata görə, onun saçlarının uzunluğu 255 sm-dir. 46 yaşlı xanım 14 yaşından bəri saçını kəsdirməyib.
“Hind mədəniyyətində ilahələr uzun saçlıdırlar. Bizim cəmiyyətdə saç kəsdirməyə yaxşı baxılmır”, - deyə qadın seçimini izah edib.
Smita həftədə iki dəfə saçlarını yuduğunu deyib. Yumaq, qurutmaq və sahmana salmaq ümumilikdə təxminən üç saat çəkir. Bir qayda olaraq, o, saçlarını hörür və ya toppuz yığır. “Saçlarımı açıb küçəyə çıxanda insanlarda xoş təəssürat yaranır. Onlar yanıma gəlir, saçlarıma toxunur, mənimlə selfi çəkdirir və hansı şampundan istifadə etdiyimi soruşurlar”, - deyə rekordçu bildirib.