Bədbəxt hadisə nəticəsində ölən məktəblinin əmisi: “Qardaşı ilə dərsə gedirdi” - YENİLƏNİB + FOTO/VİDEO

2-12-2023, 08:41           
Bədbəxt hadisə nəticəsində ölən məktəblinin əmisi: “Qardaşı ilə dərsə gedirdi” - YENİLƏNİB + FOTO/VİDEO
Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən məktəblinin yaxınları danışıblar.

Qəza nəticəsində vəfat edən Nurayın əmisi bildirib ki, hadisə zamanı sürücü avtomobili yüksək sürətlə idarə edib:

“İkinci sinifdə təhsil alan Nuray qardaşı ilə birikdə dərsə gedirdi. Bədbəxt hadisə nəticəsində qardaşı kənara çəkilib. Lakin Nurayı avtomobil vurub”.

Qeyd edək ki, VAZ-2107 markalı avtomobilin sürücüsü - 46 yaşlı Tapdıq Feyzullayev idarə etdiyi avtomobillə kənd sakini yeddi yaşlı Nuray Zülfüqarlını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisəni törədən sürücünün köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ətraflı Baku TV-nin süjetində:


01.12.2023, 15:29

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:

“T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.
01.12.2023, 14:24

Zərdab rayonunda şagird bədbəxt hadisə nəticəsində vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu gün Nuray Zülfüqarlı məktəbə gedən zaman onu avtomobil vurub.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

N.Zülfüqarlı Əlvənd kənd tam orta məktəbinin ikinci sinif şagirdi olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.