Hindistanın tarixində ən böyük narkotik müsadirəsi: Gəmi ələ keçirildi
29-02-2024, 17:44
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) 3,3 ton narkotik daşıyan gəmini ələ keçirib.
Məlumata görə, bu ölkə tarixində ən böyük narkotik müsadirələrindən biri olub.
“Hindistan HDQ Narkotiklərə Nəzarət Bürosu ilə birgə əməliyyatda təxminən 3300 kiloqram qaçaqmal daşıyan şübhəli gəmini ələ keçirib”, - deyə məlumatda qeyd olunur. Gəminin heyəti saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Saxlanılan 5 nəfərin İran və ya Pakistan vətəndaşları olduğu güman edilir, onların üzərində heç bir sənəd tapılmayıb.