DİN-dən "Hafka"nın həbsi ilə bağlı açıqlama

23-05-2015, 11:29           
DİN-dən "Hafka"nın həbsi ilə bağlı açıqlama
“Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun barəsində "Bank işi"nə görə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı mətbuatda məlumatlar yer alıb. Qeyd olunur ki, Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də keçirilən prosesdə bu qərar verilib. Lakin 2 gün əvvəl – mayın 16-da H.Məmmədov ölkədən qaça bilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Ölkə.az bildirdi ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaq. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Ölkə.az-a açıqlamasında bu məsələdən məlumatsız olduğunu vurğulayıb: "Məndə bu barədə nə yazılı, nə də şifahi heç bir məlumat yoxdur", deyə nazirlik rəsmisi bildirib.
Şənbə günü olduğundan Nəsimi rayon məhkəməsindən məsələ ilə bağlı məlumat ala bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru