D vitamini çatışmazlığının gözlənilməz əlaməti
27-03-2024, 09:58
Amerikalı diyetoloq və idman qidalanma mütəxəssisi Cess Hillard Daily Mail-ə bildirib ki, libidonun azalması pis qidalanma və pəhrizdə lazımi miqdarda D vitamininin olmamasından xəbər verə bilər.
Həkim bildirib ki, cinsi istəyin aşağı olması D vitamini çatışmazlığının əlaməti ola bilər.İnsan orqanizmində D vitamininin əsas məqsədi qidadan olan kalsium və fosforun nazik bağırsaqda sorulmasını təmin etməkdir. Vitamin D həmçinin immunitet sistemini gücləndirir və dağınıq skleroz və diabet kimi bəzi xəstəliklərin riskini azaltmağa kömək edir.
D vitamini çatışmazlığı kişilər üçün vacib olan bir hormonun - testosteronun istehsalına mənfi təsir göstərir. Apatiya, pis əhval-ruhiyyə və enerji itkisi də qadınlarda libidonun azalmasına səbəb ola bilər. Bu pəhriz komponentinin çatışmazlığının digər simptomları arasında başda, əzələlərdə, sümüklərdə və oynaqlarda ağrı, həmçinin qollarda və ayaqlarda karıncalanma hissi ola bilər.
Hillard qeyd edib ki, D vitamini çatışmazlığı pəhrizdə skumbriya, sardina, yumurta və göbələklərin nisbətini artıraraq əlavələr və ya pəhrizə düzəlişlər etməklə kompensasiya edilə bilər.