"Oskar" mərasimində iştirak edən unikal limuzin satışa çıxarıldı
Bu gün, 10:08
"RM Sotheby's" hərrac evi avqustun ortalarında 1969-cu il istehsalı olan unikal "Volkswagen Beetle" avtomobilini hərraca çıxaracaq.
Auto.ru xəbər verir ki, bu, "Oskar" mükafatlandırma mərasimində iştirak edən, dəbdəbəli interyeri ilə məşhur "Böcək" əsasında hazırlanmış yeganə tam hüquqlu limuzindir.
Qeyri-adi nadir nümunənin 150-200 min dollara satılacağı gözlənilir.
Uzatmadan sonra avtomobil 180 kiloqram ağırlaşıb və artan çəkini kompensasiya etmək üçün standart 1,5 litrlik mühərrik daha güclü 1,6 litrlik mühərriklə əvəz olunub. Qurğu dörd pilləli mexaniki transmissiya ilə işləyir.