Bakıda yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

29-03-2024, 10:14           
Bakıda yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Bakıda daha bir məhkum həbsdə ölüb.

"Cebhe.info" Referans.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən Rəsul Baxşəliyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Rəsul Baxşəliyev 30 il 23 nömrəli şəhər xəstəxanasının baş həkimi olub. O, bir neçə il əvvəl korrupsiyaya görə həbs edilib.

Yarım milyondan çox pul mənimsəməkdə ittiham olunan Rəsul Baxşəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru