Quterreş azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

29-03-2024, 11:04           
Quterreş azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

Bu barədə "Report"un yerli bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru